Samuxda Müstəqillik Günündə ağacəkmə aksiyası keçirilib. Rayon İcra Hakimiyyəti Aparatının təşkil etdiyi aksiyada bütün idarə və müəssisə kollektivləri iştirak edib. Aksiya və İcra Hakimiyyəti başçısı Alı Qoğayev də qatılıb. Rayonun Kür yolu istiqamətində təşkil olunan aksiyada 2 mindən artıq şam və küknar acağları əkilib.
Ümumilikdə aksiya təxminən iki saata yaxın davam edib. Ağaclara aqrotexniki qulluq göstərilib. Analoji tədbirlərin mütəmadi təşkil olunduğunu bildirən icra başcısının Aqrar Məsəllər üzrə müvəkili Şakir Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bundan sonra da yaşıllaşdırma aksiyaları davam etdiriləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB