Gəncə Dövlət Yol Polisi piyadalarla bağlı reyd keçirib. Yol hərəkəti qaydalarını pozan və sürücülərə müxtəlif çətinliklər yaradan piyadalar yol polisi əməkdaşları tərəfindən maarifləndirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, şəhərin mərkəzində təşkil olunan reyd zamanı piyadaların yaxınlıqda yerləşən piyada keçidindən keçməmələri, əvəzində avtomobillərin sıx hərəkət etdiyi yollardan keçmələri xüsusi diqqət çəkib. Bu da bir daha bəzi vətəndaşların yol hərəkəti qaydalarını bilməmələrinin göstəricisidir. Reyd zamanı əsas məqsəd əhalinin daha da maarifləndirilməsidir.
Qeyd edək ki, reydlərdə İnzibati Xətalar Məcəlləsinin 153.1-ci maddəsini pozan 10-a yaxın şəxsə protokol tərtib edilib. Başqa sözlə desək, yol hərəkəti qaydalarını pozan vətəndaşlar cərimələnib, bəzilərinə isə xəbərdarlıq olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB