TÜRKPA IPU Sessiyasında!

TÜRKPA nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının (IPU) Sessiyasında iştirak edəcək.

TÜRKPA nümayəndə heyəti 21-26 oktyabr 2012-ci il tarixləri arasında Kanadanın Kvebek şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının 127-ci Sessiyasında iştirak edəcək.TÜRKPA-dan SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə TÜRKPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının sədri və Azərbaycanın Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvü cənab Əhliman Əmiraslanov rəhbərlik edəcək.

Nümayəndələr gənclərin iştirakı, münaqişədən sonra yenidənqurma, parlament toxunulmazlığı, çoxtərəflilik və parlament diplomatiyası, neft və enerji təhlükəsizliyi ilə bağlı mövzularda təşkil olunacaq panellərdə iştirak edə biləcəklər.

Qeyd edək ki, TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə