Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç arasında geniş tərkibli görüş olub
Azərbaycan Prezidenti İlham Əliyevin və Bakıda səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüş başa çatdıqdan sonra Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi baş tutub.
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nı,eləcədə "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB