İbad Hüseynov ad günündə Fəxri Xiyabanda FOTO

İbad Hüseynov ad günündə Fəxri Xiyabanda FOTO

Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynov dövlət müstəqilliyimizin 21-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanı ziyarət edib. SİA-nın məlumatına görə, İ.Hüseynov ümummilli lider Heydər Əliyevin məzarının önünə gül dəstələri qoyub. O həmçinin akademik Zərifə Əliyevanın qəbrini ziyarət edib.

Bu gün həmçinin İbad Hüseynovun doğum günüdür. O açıqlamasında bildirib ki, ad gününü heç vaxt qeyd etməyib: "Arzu edirəm ki, Qarabağ tezliklə azad olunsun. Bu gün kimi o tarix də unudulmaz bir an olaraq xatirələrimizə qızıl hərflərlə yazılsın. Gənclərimizə də tövsiyə edirəm ki, hər zaman vətənpərvər olsunlar".

Qeyd edək ki, bu gün Azərbaycanın müstəqilliyinin bərpasından 21 il ötür.

Bütün xəbərlər Facebook səhifəmizdə