Qab şampunu bədən şampunu kimi otellərə satılır ŞOK!

Qab şampunu bədən şampunu kimi otellərə satılır ŞOK!

"Asena" MMC qab şampunlarını bədən şampunu kimi Azərbaycanda fəaliyyət göstərən 5 ulduzlu mehmanxanalara satıb. SİA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov deyib.

"Apardığımız yoxlamalar zamanı ASENA MMC-nin qab şampunlarını kiçik qablara dolduraraq bir çox müəssisələrə, o cümlədən Həyat Regency, Landmark və Avropa otelinə bədən şampunu kimi satdığı məlum olub",- deyə rəis əlavə edib.

Ə.İmanov onu da bildirib ki, bu şampunlardan istifadə isə insanlarda bir çox mənfi fəsadlara, saçın tökülməsinə, digər xəstəliklərə səbəb ola bilər: "Hazırda bununla bağlı araşdırmalarımız davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə