Fransanın Strasburq şəhərində Gənc Parlamentarilər və Gənc Liderlər üçün keçirilən seminar yekunlaşıb. Qurumdan SİA-ya verilən məlumata görə, seminarda Azərbaycanı "İRƏLİ" İctimai Birliyinin Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov təmsil edib. Seminarda MBD ölkələri (Azərbaycan, Belarusiya, Rusiya, Ukrayna, Qazaxıstan, Moldova və s.) və Avropanın Gənclər Təşkilatlarının liderləri iştirak ediblər.
Seminar iştirakçıları AŞPA, Avropa Parlamenti, Beynəlxalq İnsan hüquqları hərəkatı tərəfindən təşkil olunan iclaslara qatılıblar. Eyni zamanda iştirakçılar Avropa Gənclər Fondu və Avropa Şurasının Gənclər sektoru ilə əməkdaşlığı çərçivəsində "Gənclik Assambleyası-2012" beynəlxalq konfransında iştirak ediblər.
İştirakçılar AŞPA-nın rəhbəri Jan Klod Minyon, Avropa Şurasının təhsil departamentinin nümayəndəsi, Avropa Gənclər Mərkəzinin rəhbəri, Avropa İnsan Hüquqları məhkəməsinin nümayəndəsi və digər özəl qurumların nümayəndələri ilə görüşüblər.
Seminar çərçivəsində hər bir ölkənin mədəniyyət günləri keçirilib və iştirakçılar üçün tarixi yerlərə ekskursiya təşkil olunub.
Seminarın sonunda iştirakçılara sertifikat təqdim edilib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd Avropa Şurasının Gənlər siyasəti, hüquq və parlament ənənəsi ilə tanışlıq, gənclərdə yeni bacarıqların, peşəkarlığın artırılması və ən əsası gənclər arasında mübadilənin yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB