Bayıldan Zığa qədər dəniz üzərində tikintisi nəzərdə tutulan körpünün inşası ilə bağlı yaponların verdiyi təklif Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən memarlıq baxımından düzgün hesab olunmayıb. SİA-nın xəbərinə görə, komitənin sədri Abbas Ələsgərov jurnalistlərə açıqlamasında deyib ki, bunun əvəzində Dənizkənarı Milli Park genişləndiriləndən sonra altından tunel çəkiləcək.
"Belə olduğu halda körpününün tikilməsinə nə ehtiyac var? Bizə lazımdır ki, bulvar ərazisi genişlənəndən sonra oradan şəhərə 3-4 istiqamətdə yol ayrılsın. Ona görə də Bulvar ərazisi genişləndirilərkən şəhərə giriş üçün iki tunel olacaq. Yeraltı tunel də dənizin içərisindən keçəcək. Ona görə də əvvəlki layihəni memarlıq baxımından dəyərli hesab etmirik. Biz deyirik ki, Bakı buxtasını bağlamaq lazım deyil. Bakının əsas gözəlliklərindən biri də dənizdir. Dənizin içərisində əlavə nəyinsə olması isə düzgün deyil", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB