60 rayon və şəhər yenidən qurulur

60 rayon və şəhər yenidən qurulur

Ölkə üzrə 20 rayon və şəhərin baş planı artıq hazırdır. SİA-nın xəbərinə görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov məlumat verib. O bildirib ki, hazırda baş planların təsdiq edilməsi prosesi gedir. A.Ələsgərovun sözlərinə görə, gələcəkdə daha 40 şəhər və rayonun baş planının hazırlanması nəzərdə tutulur: "Sovet hökuməti dağılandan sonra şəhərlərin planı ilə bağlı heç bir iş görülməyib. İndiki zamanda baş planların razılaşdırılması üçün bələdiyyələr çox vacibdir. Müəyyən olunan müddətədək ölkənin 60 şəhər və rayonunun baş planı hazırlanaraq təhvil verilməlidir".

Komitə sədri bugünki yollar və tikililərin vəziyyətinə də aydınlıq gətirib. O bildirib ki, Bakı qədim şəhər olduğundan keçmiş zamanda köhnə tikililər və yollar o dövrün standartlarına uyğun tikilib: "Həmin dövrdə heç kim bilmirdi ki, gələcəkdə adambaşına neçə maşın olacaq. Amma bugün həm insanların, həm də adambaşına düşən maşınların sayı çoxalıb. Ona görə də hazırda mövcud vəziyyətə uyğun olaraq yollar genişləndirilib və ya yenisi tikilib. Amma yeni salınacaq yerlərdə yollar və infrastruktur tam olaraq müasir tələblərə cavab verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə