Dəmir yollarımız beynəlxalq standartlara cavab verəcək

İlin sonuna kimi əsaslı təmir olunmuş yolun uzunluğu 150 kilometrə çatdırılacaq
Dəmir yollarımız beynəlxalq standartlara cavab verəcək

Bu gündən dəmir yolunun Goran-Mingəçevir mənzilində daha 8 kilometr yolun əsaslı təmirinə başlanılıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sözçüsü Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumat görə, dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılıb.

Bu günədək 134 kilometr yol əsaslı təmir olunub. İlin sonuna kimi əsaslı təmir olunmuş yolun uzunluğu 150 kilometrə çatdırılacaq. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə