"Elektron Hökümət"ə (www.e-gov.az) daxil olma vasitələrinin sadələşdirilməsi istifadəçilərin portala marağını artırıb. SİA-nın xəbərinə görə, cari ilin oktyabrın 8-dən oktyabrın 15-nə qədər olan müddətdə www.e-gov.az portalında 197 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin 119-u aktivasiya olunub. Həmin müddətdə qeydiyyatdan keçənlərin 78-i isə aktivasiya olunmayanların payına düşür.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan elektron xidmət sayəsində vətəndaşlar "Elektron Hökümət" portalına daha rahat vasitələrlə daxil ola bilirlər. Hazırda portaldan istifadə etmək istəyən vətəndaş ona kod və parolun verilməsi üçün elektron qaydada müraciət edir ki, bu prosesdə də şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümumvətəndaşlıq pasportu (xarici pasport), sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsi kimi müvafiq sənədlərin birindən istifadə olunur. Sözügedən sənədlər elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini yoxlamaq üçün dəqiqləşdirmə aparılmasına, bu məlumatların sistem tərəfindən yoxlanmasına-identifikasiya edilməsinə yaranan ehtiyacın aradan qaldırılmasına xidmət edir və vətəndaşın fiziki identifikasiyasına ehtiyac qalmır.
"Elektron Hökümət" (www.e-gov.az) portalına daxil olma vasitələrinin sadələşdirilməsi vətəndaşın elektron xidmətlərdən istifadəsində rahatlığı təmin etmək, ona əlavə vaxt qazandırmaq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB