Qurban bayramı ərfəsində suni qiymət artımının qarşısı alınır
Qurban bayramı yaxınlaşdıqca ətin qiymətində suni artım gündəmə gələn əsas məsələlərdən biridir. Acı da olsa deməliyik ki, bu artıq adət halını alıb. Ancaq rəsmilər yarana biləcək anoloji vəziyyətin aradan qaldırırlmasına indindən hazırlıq görür. SİA-nın bölgə müxbirinin məlumatına görə, bu məqsədlə Gəncədə ət satışı aparılan obyektlərdə yoxlamalara başlanılıb.
Bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyətində yaradılan komissiya tərfindən şəhərin bazarları və ət dükanlarında yoxlamalara başlanılıb. Maarifləndirici xarakter daşıyan reydlərdə bir daha ət satışı ilə məşğul olan şəxslərə qiymət artımına yol verilməmələri ilə bağlı söhbət aparılılıb. Reydlər zamanı heç bir cərimə tətbiq edilməyib. Ötən illərlə yanaşı müqasiyədə ət satışı normativ sanitar tələblər çərçivəsində həyata keçirilir. Hazırda Gəncə şəhərində quzu, mal və qoyun ətinin qiymətləri 8-9 manat arasında satılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB