Azərbaycanda yeni media sürətlə inkişaf edir. Yeni-yeni agentliklər, xəbər saytları yaradılır. Yeni medianın inkişafı artıq çap mətbuatını da arxada qoyub. Bu gün hökumət tərəfindən çap mətbuatına müxtəlif yardımlar göstərilir, həmin güzəştlər internet qəzetlərinə hələ ki, şamil olunmur.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) KİV layihələrinin maliyyələşməsi üçün müxtəlif müsabiqələr keçirir. Bəs görəsən yaxın gələcəkdə KİVDF-nin internet qəzetlərin layihələrinə dəstək olmaq ehtimalları varmı?
Qaynar.info-ya açıqlamasında "Səs" qəzetinin, eyniadlı informasiya agentliyi və internet televiziyasının rəhbəri Bəhruz Quliyev bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi zəruridir: "Müasir dünyada internetin rolu sürətlə artmaqdadır. Artıq insanlar informasiyaya olan ehtiyacının əksəriyyətini internet resursları vasitəsilə ödəməyə çalışır. Belə olduğu təqdirdə internet portalların da əhəmiyyət yükü artır. Düzdür, çap mediasının da oxucu kontingenti var və bunu danmaq olmaz. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə mətbu nəşrlər öz popluyarlığını qoruyur. Dövlət tərəfindən ən yüksək səviyyədə çap nəşrlərinə maddi dəstək göstərilir. Yaxşı olardı ki, bu internet media resurslarına da şamil olunsun. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) ilk dəfə qrant ayıranda bir neçə internet media resursuna da maliyyə dəstəyi göstərmişdi. Sonradan bunu qurumun Əsasnaməsində əksinin tapmadığını əsas gətirərək, ləğv etdilər. Hesab edirəm ki, yaxın illərdə bu məsələ də müzakirə olunaraq, öz müsbət həllini tapacaq. Bu gün Azərbaycan mətbuatında reklam problemi olduğuna görə, bu məsələnin həlli internet medianın daha sürətli inkişafına zəmin yaratmış olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB