"Bəzi kütləvi informasiya vasitələri Xırdalan şəhərində gedən abadlıq və yenidənqurma işləri ilə bağlı qərəzli, həqiqətə uyğun gəlməyən informasiyalar yazmaqda davam edirlər". Bu barədə məlumatı SİA-ya Xırdalan Bələdiyyəsindən veriblər.
Bildirilir ki, ölkəmizin hər yerində olduğu kimi Xırdalan şəhərində də abadlıq-yenidənqurma işləri aparılır: "Yollar yenidən qurulur, kanalizasiya və su xətləri yeniləşir, parklar salınır. 27-ci məhəllədə Abşeron univermağının qarşı hissəsində vaxtilə özbaşına, qanunsuz olaraq tikilmiş, bu günün tələblərinə uyuşmayan yöndəmsiz tikililər digər ərazilərə köçürülür və köçürülən insanlara da hər bir qayğı göstərilir. Köçürmə ilə bağlı heç bir insident baş verməyib. Aparılan izahat işlərindən sonra onlar digər ərazilərə dəyişdirilməyə razılıq veriblər və dükanları da özləri söküblər. Bu söküntüdə guya Mahizər Manafovanın xəsarət aldığı qeyd olunur. Bildiririk ki, yeri dəyişilən obyekt sahibləri arasında Mahizər Manafova adında şəxs yoxdur".
Bələdiyyədən o da bildirilib ki, aidiyyəti qurumlar tərəfindən küçə ticarətinin qarşısının alınması məqsədilə tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB