"Dünyada Azərbaycanın nüfuzu kifayət qədər artıb" AÇIQLAMA

"Dünyada Azərbaycanın nüfuzu kifayət qədər artıb" AÇIQLAMA

Rasim Musabəyov: "Bunu Azərbaycanda son bir ildə təşkil olunan beynəlxalq tədbirlərin sayı da təsdiq edir"

Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi əslində ölkənin son 7-8 ildə daima artan nüfuzunun göstəricisidir. Bunu SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. O bildirib ki, Azərbaycanda son bir ildə təşkil olunan beynəlxalq tədbirlərin sayı Ermənistan və Gürcüstanda ümumilikdə təşkil edilənlərdən 2 dəfə çoxdur. Millət vəkilinin sözlərinə görə, bu, həm regionda, həm də dünyada Azərbaycanın kifayət qədər nüfuzunun artmasının bariz sübutudur.

"Ümumiyyətlə, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi və xarici qonaqların ölkəmizə səfəri bir tendensiyadır. Hətta son zamanlar İranla müəyyən gərginliklərin olmasına baxmayaraq həmin dövlətin başçısı və xarici işlər naziri ölkəmizə səfər etdi. Onlar beynəlxalq tədbir çərçivəsində həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi ilə danışıqlar və müəyyən müzakirələr aparıldı. Bütün bunlar sıradan bir görüş deyil. Eyni zamanda, ikitərəfli görüşlərin keçirilməsi növbəti illərdəki inkişafı üçün çox əhəmiyyətlidir", - deyə R.Musabəyov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə