“İntellekt Günü” keçiriləcək

20 oktyabr 2012-ci ildə Gənclər və İdman Nazirliyi, BMT-nin Uşaq fondu UNİCEF-lə birgə "Gənclərin İntellektual İnkişaf Mərkəzi"nin reallaşdırdığı layihə çərçivəsində ilk milli "İntellekt Günü" təşkil olunacaq. SİA-nın məlumatına görə, həmin tarixdə ölkənin bir sıra regionlarının məktəblərində yuxarı sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə şəhər və rayon turnirləri keçiriləcək.

Ənənəvi olması planlaşdırılan "İntellekt Günü"nün keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında intellektual hərəkatın yaradılması, məktəblilərin layihə çərçivəsində yaradılacaq "Xəmsə" Milli İntellektual Oyunu üzrə klublara cəlb edilməsi və yarışların keçiriləcəyi gənclər evlərinin işinin effektivliyinin artırılmasıdır. Bu haqda "Gənclərin İntellektual İnkişaf Mərkəzi"nin rəhbəri, "Xəmsə" Milli İntellektual Oyununun İctimai Televiziyadakı layihəsinin ideya müəllifi və prodüseri Faiq Hüseynov məlumat verib.

"Gənclərin İntellektual İnkişaf Mərkəzi"nin fəaliyyəti və "İntellekt Günü" barədə ətraflı məlumatı [email protected] elektron poçt ünvanından əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə