"And yerimiz Vətən"

Bu gün hərbi jurnalist, yazıçı Roza Əliqızının "And yerimiz vətən" adlı kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Qarabağ müharibəsində olan şəhidlərin bir dəqiqəlik sükutu ilə başlayıb. Sonra Roza Əliqızı kitab haqqında məlumat verərək: "And yerimiz vətən" adlı beşinci kitabıma bundan öncə çap olunan kitablarım kimi düşmən işğalına məruz qalmış torpaqlarımız uğrunda mübarizə aparan vətənimizin əsl döyüşçüləri , igid oğul və qızları haqqında həyat hekayələri, bədii sənədli hekayələr, xatirələr ölkəmizdə və dünyada olan erməni terror təşkilatı daxildir", -deyib.

Daha sonra Qarabağ əlilləri kitab haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə həyata keçirilən "Əsgər ailəsi" cəmiyyətinin layihəsi çərçivəsində nəşr edilib.

Aydan Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə