İspaniyanın alternativ enerji, tikinti, mühəndislik, memarlıq və şəhərsalma, nəqliyyat, su təchizatı, yanğından mühafizə sistemləri sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin nümayəndəsi Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ispan iş adamlarının ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşləri təşkil edilmiş, əməkdaşlıq perspektivləri müzakirə edilib.
Günün sonuna davam edəcək səfər zamanı İspaniya şirkətləri Azərbaycanın bir sıra dövlət qurumlarında da görüşlər keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB