Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Belçikanın Antverpen şəhərində keçirilən Avropa Mətbuat Şuraları Alyansının növbəti illik toplantısına qatılıb. 17-19 oktyabr tarixlərində baş tutacaq toplantıda alyansın 10 illik fəaliyyəti müzakirə olunacaq.
Tədbirdə həmçinin ayrı-ayrı ölkələrdəki mətbuat şuralarının illik hesabatları təqdim olunacaq. Həmçinin müasir medianın inkişaf meylləri nəzərdən keçiriləcək, onlayn jurnalistika sahəsindəki tendensiyalar müzakirə olunacaq.
Toplantının iclaslarında "Mediada etik normalar, peєə fəaliyyəti ilə barlg əxlaqi dəyərlər", "Media azadlgrg Avropa Gnsan Hğquqlarg Konvensiyasgngn tərkib hissəsi kimi" mövzuları ətrafında fikir mübadilələrinin aparılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB