Rusiyanın paytaxtı Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) hesabat-seçim konfransı yekunlaşıb. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, forumda Azərbaycanın ictimai-siyasi sahəsini, QHT və digər strukturlarını təmsil edən gənclər və hər iki ölkənin dövlət rəsmiləri iştirak ediblər. Forumda ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində "İRƏLİ" İctimai Birliyinin baş katibi Nərmin Məmmədova da iştirak edib. Birliyin baş katibi konfransda çıxış edərək AMOR üzvlərini salamlayıb, "İRƏLİ" adından təbrik edərək, yeni seçilmiş heyətə uğurlar arzulayıb.
Forum çərçivəsində N.Məmmədova Rusiyada təhsil alan bir qrup gənclə görüşüb. Görüş çərçivəsində birliyin baş katibi "İRƏLİ"nin strukturu, fəaliyyət istiqamətləri və beynəlxalq layihələri barədə geniş məlumat verib. N.Məmmədova qeyd edib ki, "İRƏLİ" mütəmadi olaraq gənclərin inkişafının stimullaşdırılması məqsədilə xaricdə keçirilən tədbirlərdə iştiraklarını təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB