Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı ATƏT-in dəstəyi ilə İnsan alverinə qarşı alyansın 12-ci yüksək səviyyəli konfransında iştirak edib. SİA-nın xəbərinə görə, aparat rəhbəri tədbirdə "Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətdə ombudsmanın rolu" mövzusunda çıxış edərək son illər ölkəmizdə insan hüquqları, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən hüquqi islahatlar, qəbul olunmuş normativ hüquqi aktlar, dövlət proqramları və milli fəaliyyət planları haqqında məlumat verib.
Azərbaycanda hüquqi dövlətin mühüm institutlarından sayılan Ombudsman təsisatının 10 il müddətində fəaliyyət göstərdiyi, əhalinin müxtəlif xarakterli problemlərinin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi, səlahiyyətli orqanlara müvafiq təkliflərin irəli sürüldüyü diqqətə çatdırılıb. Eyni zamanda, Ombudsmanın insan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacaq mərkəzində monitorinqlər apardığı, mövcud vəziyyətlə tanış olduğu, orada saxlanılan qadınların şəraitinin yoxlanıldığı, problemlərinin öyrənildiyi şəraitin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrin verildiyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB