Müstəqilliyin 21 illiyi

"Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik gününün 21 illiyinə həsr olunmuş konfrans təşkil edib. Konfrans "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri İlkin Abdiyevin giriş sözü ilə açıq elan edildikdən sonra, Azərbaycan dövlətinin himni səsləndirilib. Daha sonra İlkin Abdiyev çıxışını davam etdirərək: "Azərbaycan dövlətçilik tarixi, soy – kökü qədimlərə söykənən ölkələrdən biridir. Tarixin müxtəlif dövrələrində düşmən işğallarına məruz qalmasına baxmayaraq, müstəqilliyinin yenidən bərpa etməyə qadir olub. Təbii ki, tarixin müxtəlif dönəmlərində müstəqilliyin yenidən bərpa olunmasında görkəmli şəxsiyyətlərin və siyasətçilərin böyük rolu olub. Bu insanlar sırasında adlarını bu gün də fəxrlə çəkdiyimiz Məmməd Əmin Rəsulzadə, Ümummilli liderimiz Heydər Əliyev kimi şəxsiyyətlər hər bir azərbaycanlının qürur mənbəyidir. Bu gün bura toplaşmağımızın əsas səbəbi 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyi barədə Konstitusiya Aktını qəbul edilməsi və həmin günün Müstəqillik günü elan olunması ilə bağlıdır. Mənə elə gəlir ki, istənilən xalqın ən dəyərli bayramı onun Müstəqillik günüdür. Buna görə də bayram münasibətilə burda toplaşan, Azərbaycanın inkişafında əməyi olan hər kəsi təbrik edir, ölkəmizin müstəqilliyinin əbədi olmasını arzu edirəm", -deyib.

Ardıcıl olaraq konfrans qonaqların Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, müstəqilliyin əldə olunmasında üzləşdiyi çətinliklər və Azərbaycanın bugünki inkişafı ilə bağlı çıxışları ilə davam edib. Konfransda İctimai Birliyin idarə heyyəti ilə yanaşı görkəmli tarixçilər, siyasi xadimlər və fəal gənclər də iştirak edib.

Tədbir "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin əməkdaşı Kənan Kərimovun bağlanış nitqi ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə