Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər Daşkəsən rayonunda davam edir
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər davam etməkdədir. SİA-nın məlumatına görə, hazırlanmış tədbirlər planına əsasən şəhər ərazisində yerləşən məktəbəqədər uşaq tərbiyə müəssisələrində, ümumtəhsil məktəblərinin, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin həyətlərində yüzlərlə ağac əkilmişdir. Tədbirlər planı üzrə növbəti işlər İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbində davam etdirilib. Yunan-Roma güləşi üzrə rayon birinciliyinin açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev geniş nitq söyləyb. Ölkəmizdə Yeni Azərbaycan Partiyasının uzun illərə hesablanmış proqramından danışıb, xalqına, vətəninə, Heydər Əliyev zirvəsindən xidmət edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin daim qalib gəlməsindən, idmana göstərdiyi xüsusi diqqət və qayğıdan geniş söhbət açıb. İdmançılara gərgin yarışlarda qələbə arzulayıb.
Sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev keçirilən bütün silsilə tədbirlərdə İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin fəal iştirakını, tədbirlərin keçirilməsinə yaxından köməyini xüsusi vurğulayıb, YAP rayon təşkilatının üzvləri adından minnətdarlığını bildirıb.
Yunan-Roma güləşinin açılış mərasimindən sonra respublika yarışlarında birinci yeri tutan idmançılar Azərbaycan Respublikasının dövlət himinin sədaları altında dövlət bayrağını yarış keçirilən ərazidə göyə qaldırıb.
16 çəki dərəcəsi üzrə 52 nəfər daşkəsənli pəhləvan rayon birinciliyndə iştirak edib. İdmançılar arasında 16 nəfər müxtəlif çəki dərəcələri üzrə iştirakçı birinci yerə layiq görülüb.Yarış qalıblərinə və mükafatçılarına Daşkəsən rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar, cempionlara isə YAP Daşkəsən rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr verilib.
Yarışın ən gənc, qələbə əzmli və texnikalı 3 nəfər qalibinə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev tərəfindən Xatirə hədiyyələri təqdim edilib.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə YAP Daşkəsən rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər rayon sakinlərinin razılığı ilə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB