Əfqanıstan və Tacikistan prezidentləri Bakıdan ayrıldılar

Əfqanıstan və Tacikistan prezidentləri Bakıdan ayrıldılar

Dövlət başçılarını Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola salıblar

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun səfəri başa çatıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan və Əfqanıstan prezidentlərini hava limanında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə