Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində məktəbin fəaliyyətə başlamasının 1-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Dövlət himnimiz səsləndikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-mayor Rəşad Sadiqov, xüsusi məktəbin rəisi polkovnik-leytenant İntiqam Atakişiyev və məktəbdə təhsil alan şagirdlərin valideynləri çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbin yaradılmasındakı xüsusi əməyi qeyd olunmuş və bildirilib ki, gənclərin yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyələri, vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri dövlətimizin daim diqqət mərkəzində olan məsələlərdəndir. Fərəh hissi ilə vurğulanıb ki, şagirdlər xüsusi məktəbdə təlim və təhsil almaq üçün yaradılmış yüksək səviyyəli şəraitdən bacarıqla yararlanaraq, ilk tədris ilini uğurla başa vurublar.
Sonra təlimdə və təhsildə fərqlənən müəllim və şagirdlərin bir qrupuna Fəxri Fərmanlar təqdim olunub. Şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxışdan sonra keçirilən bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar oxunub. Şagirdlərin göstərdikləri əlbəyaxa döyüş səhnələri maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB