Gəncədə sovetlər dönəmindən qalan uşaq bağçaları yenidən qurulur
Uzun illərdən sonra yararsız vəziyyətdə olan məktəbəqədər tərbiyə müəssisələri hazırda günün tələbləri çərçivəsində hazırlanır. SİA-nın bölgə müxbirinin məlumatına görə, şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən tədbirlər çərçivəsində artıq 3 məktəbəqədər tərbiyə müəssisəsinin sıfırdan tikilişinə başlanılıb. Məqsəd sözügedən tədris müəssisələrinin müasir standartlar çərçivəsində istifadəyə verilməsidir.
Onu da qeyd edək ki, ölkənin sosial iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə ölkə prezident İlham Əliyev də məktəbə qədər tərbiyə müəssisələrinin yenilənməsinin vacibliyini vurğulayıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB