Milli Məclisin plenar iclasında millət vəkilləri arasında mübahisə düşüb. SİA-nın xəbərinə görə, mübahisə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi müzakirə olunarkən millət vəkilləri Sabir Rüstəmxanlı ilə Aydın Mirzəzadə arasında yaşanıb.
Belə ki, Sabir Rüstəmxanlı bu günlərdə cəbhə bölgəsində olduğunu deyib. Lakin komadiri bir saata yaxın yerində tapa bilməməsindən şikayətlənib. O, digər millət vəkillərini, ziyalıları cəbhədə əsgərlərlə ünsiyyətdə olmağa çağırıb: "Sanki əsgərlərimiz cəbhədə unudulub. Milli Məclisdə komissiya yaradıb, cəbhə bölgəsinə göndərmək lazımdır. Rəsmi səviyyədə orduya diqqət var, ictimaiyyətin də orduya diqqəti artmalıdır".
Çox keçmədən milltə vəkili Aydın Mirzəzadə həmkarı Sabir Rüstəmxanlının fikirləri ilə razılaşmayaraq qeyd edib ki, ordu haqqında belə təəssüratın yaradılması düzgün deyil: "Əgər hərbi hissəyə gələn qonaq əvvəlcədən məlumat verməyibsə, necə olmalıdır?. Necə yəni komandiri tapa bilmədim?".
Vitse-spiker Ziyafət Əsgərov da Aydın Mirzəzadənin fikriləri ilə razılaşıb: "Sabir müəllim, siz şairsiniz, Yazıçılar Birliyi qarşısında məsələ qaldırmısınız ki, yazıçılar cəbhəyə getsinlər? Mən çox istərdim ki, yazıçılarımız, sənət adamlarımız, şairlərimiz cəbhəyə getsinlər. Sənət adamları gedir, ancaq mən tanınmış şairlərimizin cəbhə bölgəsinə getməsini eşitməmişəm. Gərək bunu da siz edəsiniz, parlament yox".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB