"İRƏLİ" İctimai Birliyi yol hərəkət qaydalarını pozanlarla bağlı "Mən Yol Hərəkət Qaydalarına Riayət etmirəm" adlı aksiya keçirib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, aksiyada 20-ə yaxın gənc şəhərin mərkəzi küçələrində əllərində yapışqan kağızlarla kiçik reydə çıxaraq avtomobili yanlış yerdə saxlayanlara xəbərdarlıq ediblər. Sürücülərlə yanaşı, aksiyada piyadalara da yapışqan kağızlar paylanılıb.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd tıxacların çox olduğu bir vaxtda yol qırağında hərəkət zolağının üstündə maşınlarını saxlayan sürücülərin yol keçidinə mane törədərək insan həyatı üçün təhlükə yaratdıqlarını çatdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB