Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə görüşündə iştirak edən Türkiyə və İran prezidentləri arasındakı soyuq münasibət diqqətlərdən qaçmayıb. Türkiyə KİV-nə istinadən verilən xəbərə görə, ailə fotosunun çəkimindən əvvəl digər liderlərdən fərqli olaraq baş nazir Ərdoğan və prezident Əhmədinejad bir-birilərinin əllərini sıxmayıblar.
Suriya ilə bağlı olaraq iki ölkə arasında yaşanan gərginliyin zirvə toplantısına da sirayət etdiyi deyilir. Türkiyə mətbuatı məhz bu səbəbdən hər iki liderin oturduqları yerlərin planlı şəkildə bir-birilərindən aralı təşkil olunduğunu vurğulayır.
Türkiyə mətbuatının məlumatına görə, hazırda Ərdoğan İran lideri ilə görüşdədir. Qeyd edək ki, türkiyəli nazirin təkbətək görüşlər siyahısında Mahmud Əhmədinejadın adı yox idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB