Ermənistan sərsəmlədi və cavabını aldı

Ermənistan sərsəmlədi və cavabını aldı

Erməni generalı Azərbaycanın neft infrastrukturunu vura biləcəklərini deyib

Ermənistan ordusunun baş qərargahının operativ idarəsinin rəisi, general-mayor Artak Davtyan bu gün jurnalistlərlə söhbətində lazım olduqda Azərbaycanın neft və qaz infrastrukturuna, o cümlədən neft və qaz kəmərlərinə zərbə vuracaqlarını bildirib. SİA erməni mətbuatı istinadən xəbər verib ki, Artak Davtyan bu məsələdə üstünlük uzağa uçan raketlərə verildiyini söyləyib. Onun sözlərinə görə, Ermənistanın hərbi texnikası 300 km-ə qədər məsafəni vurmağa qadirdir: "Hərbi təlimlərin gedişində planlaşdırılmış raket zərbələri həyata keçirilib. Lazım olanda düşmənin iqtisadi baxımdan vacib infrastrukturlarına zərbələr endirəcəyik".

Erməni generalı Artak Davityanın Azərbaycanın neft və qaz infrastrukturunun vurulmasına yönəlmiş hədələri biz düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik. Bunu isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib: "Düşmən bu cür danışmağa adət edib. Dəfələrlə belə cəfəng və sərsəm bəyanatların şahidi olmuşuq. Bunu düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik. Onun gücü və ağlı özününkü deyil, kənardan gəlmədir".

Mətbuat katibi deyib ki, Azərbaycanın neft və qaz yataqları dünyanın ən böyük dövlətləri və şirkətləri ilə birgə istifadə olunur. İkincisi, Azərbaycan öz neft və qaz yataqlarının istismarını həyata keçirdiyi kimi onu qorumağı da bacarır: "Əksinə, düşmənin anlaması lazımdır ki, Azərbaycanın Silahlı Qüvvələrinə məxsus yeni raket sistemləri Ermənistanın istənilən strateji obyekt və hədəflərini vurmağa qadirdir. Bunları boşuna səsləndirmirik".

Onun sözlərinə görə, Azərbaycanın gündən-günə inkişafı, əldə etdiyi uğurlar, dövlət büdcəsində müdafiə xərclərinin artırılması Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ona görə də daxili publikaya hesablanmış belə ağılsız bəyanatlarla erməni ictimaiyyətinin etirazlarını azaltmağa çalışırlar. Hədənin başlıca məqsədi də məhz bundan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə