Milli Məclis ölkə Prezidenti İlham Əliyevin təqdimatı əsasında Konstitusiya Məhkəməsinə yeni hakimi təsdiq edib. SİA-nın məlumatına görə, həmin şəxs Nizami rayon prokuroru Mahir Muradovdur.
Müvafiq sənəd Milli Məclisin (MM) müzakirəsinə verilib. MM-də məsələ müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Mahir Muradov parlament qarşısında and içib.
Qeyd edək ki, Mahir Muradov 2004-cü ildən Nizami rayonunun prokurorudur. O, 2006-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə medal" ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB