Çörəyin qiymətinin bahalaşması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini hərəkətə keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, komitənin əməkdaşlarının Ağdam və Tərtər rayonlarında yerləşən çörək sexlərində keçirdiyi reyd zamanı məlum olub ki, bişirilən çörəklər heç bir normativə cavab vermir. Ağdam və Tərtər rayonlarında çörək istehsalı ilə məşğul olan bəzi sexlər istehlakçıların hüquqlarını kobud şəkildə pozur. Çörəyin qiymətinin bahalaşmasına baxmayaraq, onun çəkisində və keyfiyyətində artım yoxdur.
Rayonlarda mağazalarda satılan, görünüşü, ətri ilə diqqət çəkən çörəklərin böyük əksəriyyətinin keyfiyyəti standartın tələb və normalarına cavab vermir. Alıcılar çörəyin çəkisində də aldadılır. Bunu deməyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının apardığı reydin nəticələri əsas verir. Yoxlamalar zamanı çörək istehsalı ilə məşğul olan əksər müəssisələrdə qanun pozuntuları aşkarlanıb. Çörəyin çəkisini müəyyən etmək üçün istifadə olunan tərəzilərin və tərəzi daşlarının kustar üsulla hazırlandığı da aşkarlanıb.
Sexlərdə mütəxəssislərin keçirdiyi reyddən məlum olub ki, bu sexlərdə çörəyin qiyməti nəinki bahadır, hətta bu bahalığa baxmayaraq çörəklərin çəkisi də çox azdır. Bundan əlavə bişirilən çörəyin keyfiyyəti də normativlərə uyğun deyil.
Qeyd olunan sexlər tutulan iradları aradan qaldırılana qədər fəaliyyətləri dayandırılıb.
Qeyd edək ki, bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB