Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) Azərbaycan Cəmiyyətinin təṣkilatçılığı ilə İlham Əliyevin prezident seçilməsinin 9 illiyi münasibətilə tədbir təṣkil edib. SİA-nın xəbərinə görə, bu mərasimlə bağlı Dubay hökümətinə məxsus "Əl-Bəyan" qəzetinin 15 oktyabr tarixli nəṣrində "Azərbaycan İlham Əliyevin prezident seçilməsinin doqquzuncu ilini bayram edir və Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının görüşləri keçiriləcək" sərlövhəli məgalə dərc edilib.
Məqalədə qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakı bu günlər çox mühüm tədbirləri əhatə edən böyük təntənəli mərasimlərin şahidi olacag. Azərbaycan bu gün İlham Əliyevin prezident seçilməsinin doqquzuncu ilini qeyd edir və onun rəhbərliyi altında son onilliyin böyük nailiyyətlərini xalq dilə gətirəcək: "Dünəndən artiq Bakıya Azərbaycan rəhbərliyinin təṣkilatçılığı və təṣəbbüsu ilə sabah öz işinə başlayacag. İqtisadi Əməkdaşlıq Təşkilatının iclaslarında iştirak etmək üçün müxtəlif ölkələrin liderlərinin səfərləri baṣlayıb və bu tədbirlərdə Azərbaycan rəhbərliyi özünün imza atdığı uğurlarını nümayiṣ etdirəcək. Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının hər iki ildən bir keçirilən 12-cisi olacaq və bu sessiyaya Azərbaycan sədrlik edəcək. Təşkilat: İran, Türkiyə, Pakistan, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ozbəkistan kimi olkələrdən ibarətdir. Eyni zamanda, bu ay Azərbaycan paytaxti Bakıda ikinci böyük forum keçirilib. Belə ki, oktyabrin 4-5-də II Bakı Beynəlxalq Humanitar Forumu bas tutub. Bu forumun keçirilməsi iyirmi birinci əsrdə bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara həm elmi və siyasi təyinati olan cavablar axtarmaq məqsədi daṣıyırdı.
Azərbaycan İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatı dünyada ən sürətlə inkişaf etmiş ölkəyə çevrilib, həyatın müxtəlif sahələrində son illərdə böyük uğurlar əldə edilib. Xüsusilə iqtisadi sahədə son doqquz ildə Azərbaycan dünya iqtisadiyyatında ən yüksək göstəricilərə malikdir. Ötən doqquz il ərzində ÜDM təxminən üç dəfə artıb. Bu sözləri seçkilərlə bağlı tədbirdə çıxıṣ edən BƏƏ-də Azərbaycan diasporunun rəhbəri Samir Imanov deyib və Əl-Bəyan qəzetinin tədbirdə iṣtirak edən əməkdaṣına təqdim etdiyi bəyanatında o da qeyd edilib ki, Azərbaycan 2013-cü ildə də eyni uğurların ṣahidi olacaq. İlham Əliyevin ölkəyə rəhbərlik edəcəyi dövlətin bu gün hər bir Azərbaycan vətəndaṣi və ailəsi naminə gördüyü böyük iṣlər də o vaxta qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB