“Əzilmiş fotoşəkillər”

"İRƏLİ" Kitabxananın təşəbbüsü ilə "İRƏLİ" Gənclik Mərkəzində Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan yazıçı Varis Yolçiyevlə görüş keçirilib. İctmai Birlikdən SİA-ya verilən məlumata görə, görüşdə yazıçının ən son nəşr olunan "Yetmiş yeddinci gün", "Əzilmiş fotoşəkillər" kitabları müzakirə olunub.

Yazıçının əsərləri ilə yanaşı, həmçinin müasir ədəbiyyatda gedən proseslər barədə müzakirələr aparılıb. Sonda qonaq oxucuları maraqlandıran sualları cavablandırıb və yazıçı tərəfindən gənclərə kitablar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə