Bu gündən Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci toplantısı öz işinə başlayır. SİA-nın xəbərinə görə, oktyabrın 16-da keçiriləcək iclasda İƏT ölkələri dövlət başçılarının 12-ci sammitinin gündəliyi və qəbul olunacaq sənədlər müzakirə olunacaq. Nazirlərin toplantısında həmçinin Zirvə görüşünün yekunu olaraq qəbul ediləcək Bakı Bəyənnamə layihəsi üzrə yekun razılığa gəlinəcək.
10-a yaxın ölkənin xarici işlər nazirinin iştirakı gözlənilən İƏT Nazirlər Şurasının toplantısında 2011-2012-ci illərdə nəqliyyat sistemi, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələrində əldə edilmiş nəticələr və hesabatlar, eləcə də 2012-2013-cü illər üçün qəbul olunmuş iş planında əksini tapmış təşəbbüslər müzakirə olunacaq. Tədbirdə İƏT-in regional orqanları və təşkilatları, geniş beynəlxalq ictimaiyyətin iştirakı gözlənilir.
Politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək toplantısı Azərbaycan üçün yeni bir mərhələdir. Bu gün dünyada ən güclü qurumlardan birinin də İslam Əməkdaşlıq Təşkilatı olduğunu deyən C.Nuriyev vurğulayıb ki, bu təşkilat dünya maliyyə resursları, o cümlədən karbohidrogen ehtiyatlarının çoxuna nəzarət edir. Belə bir şəraitdə yeni karbohidrogen resurları olan bir dövlət kimi Azərbaycan islam dövlətlərinin xətti ilə bir sıra layihələr həyata keçirə bilər.
"Çünki həmin dövlətlərin əksəriyyəti Azərbaycanın transmilli korparasiya kimi layihələrində iştirak edir. Bundan əlavə, Azərbaycan-İran münasibətlərinin başlanması üçün yeni bir mərhələyə start veriləcək. Çünki artıq İran öz səhvlərini başa düşmək üzrədir. Bu görüş də öz növbəsində Azərbaycan-İran münasibətlərində gərginliyin aradan qalxması məsələsinə təkan verəcək. Bundan əlavə, Azərbaycan Pakistan münasibətlərində müəyyən sərinlik var. Bu toplantı iki ölkə arasındakı münasibətləri də yeni bir mərhələyə gətirəcək", - deyə o əlavə edib.
Politoloq qeyd edib ki, toplantıda iştirak etmək üçün Azərbaycana gələcək qonaqlar xüsusilə Bakının inkişafını və gözəlliklərini görəcəklər. Bunun özü də Azərbaycan üçün bir təbliğatdır: "Bundna əlavə İƏT Ermənistanı işğalçı bir dövlət kimi qəbul edib. Belə olan halda Azərbaycanın haqq səsi bu toplantıda bir daha gündəmə gətiriləcək. İran bu məsələdə bizim üçün vacib dövlətdir, Azərbaycanla Naxçıvan arasında bir körpüdür. Biz də bu körpünün daimi olmasını istəyirik. İran bizim üçün problem deyil. Amma İran dövləti və hökuməti hər zaman Azərbaycanı özünə bir problem kimi görür. Bu görüşdən sonra mövcud problem də aradan qalxacaq. Amma bütövlükdə bu tədbir Azərbaycanın dünyaya açılması üçün mühüm rol oynayacaq. Eyni zamanda, islam dövlətlərinə doğru inteqrasiyasada yeni bir mərhələ olacaq. Azərbaycan dövlətinin iqtisadi maraqlarına uyğun gələcək layihələrin bu görüşlərdə əsası qoyula bilər".
Xatırladaq ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB