Məktəblərdə təhsil dayandırılıb

Məktəblərdə təhsil dayandırılıb

Dünən baş vermiş zəlzələdən sonra Zaqatala rayonunda orta məktəblərdə tədris müvəqqəti olaraq dayandırılıb. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, zəlzələ nəticəsində rayonda 2 orta məktəb qəzalı vəziyyətə düşüb və həmin məktəblərdə tədris dayandırılıb.

Buna səbəb yeraltı təkanlardan sonra rayon ərazisindəki məktəblərin qəzalı vəziyyətə düşməsidir. Məsələ ilə əlaqədar komissiya yaradılıb və problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Bir neçə günə məktəblərdə dərslər açılacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə