Bu gün Səbail rayon İcra Hakimiyyəti bu ilin 9 ayının yekun hesabatını verib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən İH-nin başçısı Asif Əsgərov bildirib ki, 9 ay ərzində rayonun sənaye müəssisələri tərəfindən 18.463.6 milyon manatlıq sənaye məhsulu, nəqliyyat müəssisələri 443,2 milyon, rabitə 660, 9 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 15, 1 % çox rabitə xidmətləri göstərilib.
Onun sözlərinə görə, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2.182.5 milyon manat olub, bu da keçən ilin müvafiq dövrünə nisbətən 34,6 % artıb: "İlin əvvəlindən əhaliyə 289,6 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 47,7 % çoxdur".
"Cari ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1801 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə, 2009-cu ilin yanvarından bu ilin sentyabr ayınadək rayonda 7311 daimi iş yeri açılıb",- deyə icra başçısı əlavə edib.
Yekun hesabat iclasında o da bildirilib ki, hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun və digər vacib tikililərin inşası davam etdirilir.
Qeyd edək ki, iclasda əldə olunan nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB