Gənclər təbiət qoynunda

Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dəstəyilə, Dünya Azərbaycanlı Gənclər Birliyinin və Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin "Ölkədaxili Turizmin inkşafı" layihəsinin növbəti turu həyata keçirilib. SİA-nın xəbərinə görə, turda 2 qrup iştirak edib. Birinci qrupun turu İçərişəhərin tarixi abidələrindən başlanıb, Qala qoruğunda yekunlaşıb. İçərişəhər turu 2 istiqamətdə aparılıb: Qız qalası və Şirvanşahlar sarayı.

Layihə iştirakçıları Qız qalası və Şirvanşahlar sarayı ilə yaxından tanış olub, tarixi abidələr haqqında geniş məlumat əldə ediblər. Daha sonra isə tur Qala qoruğunda davam edib. Burada layihə iştirakçıları Qala kəndin mədəniyyəti, tarixi, adət-ənənələri ilə, eləcə də qoruqda olan məzar və muzeylə daha yaxından tanış olublar. İkinci qrupun turu isə 35 nəfərlik heyətlə Qobustan qoruğunda həyata keçirilib. İlk öncə layihə iştirakçıları Qobustan muzeyi ilə yaxından tanış olublar. Daha sonra isə qoruq

nümayədəsi tərəfindən Qobustanın tarixi, yaranması və qədim əcdadlarımız haqqında geniş məlumatlar əldə edilib.

Layihə 2013-cu ilin sentyabr ayınadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə