Gürcüstanda zəlzələ baş verib. Gürcüstan mətbuatına istinadən verilən məlumata görə, 5,1 ballıq yeraltı təkanlar Azərbaycanla sərhəd bölgədə qeydə alınıb. Konkret olaraq zəlzələnin episentrinin Kaxeti bölgəsinin Tsnori şəhəri yaxınlığında olduğu bildirilir.
Yeraltı təkanlar Tiflisdə də hiss olunub. Burada zəlzələnin gücü 3,7 bal olub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində insan tələfatı və dağıntı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB