Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 15-18°, gündüz 19-23° isti olacaq. Bakıda gecə 16-18°, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 8-13°, gündüz 19-24° olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19°, gündüz 22-27° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20°, gündüz 22-27°, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə