Nəqliyyatla bağlı problemlər hələ də var

Ziya Məmmədov: "Çoxları elə düşünür ki, yaradılan bu sistem “Sehirli çubuq”dur"
Nəqliyyatla bağlı problemlər hələ də var

Biz söz vermişdik ki, ilkin mərhələdə Bakı şəhərinə 1000 min ədəd taksi gətiriləcək. Mən dediyim sözün arxasındayam. SİA-nın məlumatına görə, bunu Nəqliyyat Naziri Ziya Məmmədov deyib.

Onun sözlərinə görə, əgər biz cəmiyyətimizin inkişafını, insanlarımızın xoşbəxt həyat yaşamasını istəyiriksə, dövlətin siyasətini dövlətimizin bu istiqamətdə həyata keçirdiyi strategiyanı düzgün dəyərləndirməliyik: "Cənab prezident İlham Əliyev bütün sahələrdə hədəf müəyyən edərək, Dövlət proqramı tətbiq edib. Bunu həmçinin nəqliyyat sahəsinə də şamil etmək olar. Kütləvi İnformasiya Vasitələri (KİV) də gərək bu kimi işləri doğru işıqlandıraraq cəmiyyətə ünvanlasın. Məlum məsələdir ki, nəqliyyatla bağlı problemlər də var, bunu danmaq qeyri-mümkündür. Hazırda Nəqliyyatın İntelektual idarəetmə sistemi getdikcə təkmilləşir. Çoxları elə düşünür ki, yaradılan bu sistem "Sehirli çubuq"dur, yəni yaranan kimi hər şey əla olmalı idi. Əgər sürücü tabloya əməl etməyərək öz bildiyini edirsə, buna yeni yaradılan sistem heç nə edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə