Ziya Məmmədov: "İnsanların taleyi ilə oynayırlar"

Ziya Məmmədov: "İnsanların taleyi ilə oynayırlar"

"Nəqliyyat nazirliyi tərəfindən keçirilən reydlərin əsas məqsədi sərnişinlərin rahatlığı üçündür". SİA-nın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov deyib.

Nazirin sözlərinə görə, qayda-qanun hamı üçündür: "Kimin imkanı varsa, nəqliyyat vasitəsinin üzərinə logo vuraraq, taksi fəaliyyəti ilə məşğul olur. Dövlətin lisenziyasız fəaliyyətin qeyri-mümkün olması ilə bağlı qanunu da var. Əgər bu insanlar qayda-qanunu pozmasalar, şəhərdə əlavə tıxaclar da olmaz. Ona görə də biz bu reydləri mütəmadi keçirərək, sürücülərin nizam-intizamını, sənədlərinin qanuni olub-olmamasını aydınlaşdırırıq. Bu prosesi avtobuslarda davam etdiririk. Biz dəfələrlə onların rəhbərliyinə də müraciət edərək qeyd etmişik ki, bu sürücüləri, nəqliyyat vasitələrini, qayda-qanunlara normalara uyğun formalaşdırsınlar. Bunları həm təbliğat, həm də qayda-qanun çərçivəsində onlara ünvanlamışıq. Amma çox təəssüflər olsun ki, bu təlimatlar kobud şəkildə pozulur. Bəzən isə sürücü vəsiqəsi olmayan insanlar sükan arxasında əyləşərək insanların taleyi ilə oynayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə