"Yolları genişləndirmək qeyri-mümkündür"

"Yolları genişləndirmək qeyri-mümkündür"

"Cənab prezident avtomobil dayanacaqları ilə bağlı müyəyyən tapşırıqlar verib. Artıq tapşırıqların icrasına başlanılıb". SİA-nın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələni əsasən Bakı şəhər İcra hakimiyyəti həyata keçirir: "Ən iri yeraltı avtomobil dayanacağı Azadlıq meydanındadır. Digəri isə Heydər Əliyev Sarayının arxa tərəfində inşa olunur. Bununla bağlı işlər müntəzəm olaraq davam etdirilir. Məlum məsələdir ki, hazırda Bakıda nəqliyyat vasitələri çoxalıb. Belə olan təqdirdə küçələri genişləndirmək qeyri-mümkündür. Burada sürücü faktoru da mühüm rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə