Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Təbiətin dostları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azaldılmasının təbliğ edilməsi məqsədilə velosiped yürüşü keçirilib. SİA-nın məlumatına görə, "Təmiz hava naminə" şüarı altında keçirilən aksiyaya 50 nəfərdən artıq velosipedçi qatılıb.
Yürüşün keçirilməsində məqsəd avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrin azaldılmasının təbliği, ictimaiyyətin diqqətini atmosfer havasının mühafizəsinə yönəltmək, mühərriksiz nəqliyyat vasitələrinin təşviqi, əhalinin ekoloji maarifləndirilməsi, həmçinin velosipedin ən təhlükəsiz, ekoloji təmiz nəqliyyat vasitəsi olduğunu əhali arasında populyarlaşdırmaqdan ibarət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB