35 yeni vaqon gətiriləcək

"Dövlət Proqramına əsasən hazırda "Azərbaycan Dəmir Yolları" QSC-də işlər mütəmadi olaraq davam etdirilir". SİA-nın verdiyi xəbərə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, bu gün yol təssərüfatında 134 km yol əsaslı təmir olunub: "Təmir olunan yolun 85 km nəzarət kompaniyası tərəfindən həyata keçirilib. İlin axırına kimi isə 140 km yolun əsaslı təmiri planlaşdırlır".

Yeni qatarların alınmasına gəlincə isə Arif Əsgərov qeyd edib ki, bu il 25 ədəd sərnişin vaqonu alınıb, 50 ədəd sərnişin vaqonu isə təmirə göndərilib: "Belə ki, 15 vaqon təmir olunduqdan sonra Azərbaycana gətirilib və Tiflis istiqamətində istifadəyə verilib. Qalan 35 vaqonun isə 2013-cü ilin fevral ayında Bakıya gətirilməsi planlaşdırılıb".

Ceyhun Eyyubo​v

Bütün xəbərlər Facebook səhifəmizdə