Tarix İnstitutu ciddi qərarlar qəbul etdi

Tarix İnstitutu ciddi qərarlar qəbul etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. Tarix İnstitutundan SİA-ya verilən xəbərə görə, şura institutun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə baş tutub. Şurada xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəyə gətirilməsi və toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər müzakirə olunub. Elmi Şurada indiyədək nəşr olunmuş sənəd topluları bir daha nəzərdən keçirilib. Şurada qərara alınıb ki, bu problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün institutun bir qrup əməkdaşının Rusiya, Fransa, Almaniya və Gürcüstan arxivlərinə ezam edilməsi məqsədəuyğun hesab olunsun və bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılsın.

İclasda qeyd edilib ki, xüsusilə ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə və toplu şəklində nəşr olunmasına diqqət daha da artırılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə