Mərhəmətli olmağa tələsin!

Sumqayıtda oktyabrın 20-də "Azərikimya" İstehsalat Birliyinin və "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşəbbüsü ilə "Mərhəmətli olmağa tələsin!" devizi altında aksiyaya start veriləcək. SİA-nın məlumatına görə, bir ay davam edəcək xeyriyyə aksiyasınını əsas məqsədi aztə­minatlı ailə­lərə, əlil uşaqlara diqqət yetirmək, onlara maddi və mənəvi dayaq durmaqdır.

Aksiya çərçivəsində hər iki valideynini itirmiş uşaqlara qış paltarları və digər zəruri vəsaitlər toplanacaq. Aksiyanın açılışında Sumqayıtda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, ötən il də analoji aksiya keçirilib, aksiyada toplanan geyim və digər vəsaitlər 300-dən artıq kimsəsiz uşağa paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə