Kənd Təsərrüfatı Nazirliyi əmr imzalayıb

Kənd Təsərrüfatı Nazirliyi əmr imzalayıb

Kənd Təsərrüfatı Nazirliyi müvafiq əmr imzalayıb. SİA-nın məlumatına görə, əsas məqsəd Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılan yerlərdən kənarda kəsilməsinin qarşısını almaqdır.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanlar arasında baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, anti-sanitariya hallarını aradan qaldırmaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə zoobaytar mütəxəssisləri heyvanların daha çox kəsildikləri ərazilərə təhkim olunublar.

Bununla belə Nazirlikdən o da bildirilib ki, Bakı şəhər Baytarlıq İdarəsinə, idarənin bütün işçilərinin ət kəsimi məntəqələrinə təhkim edilməsi və qarşıya çıxan problemlərin operativ həll olunması tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə