İki ölkə arasında 3 sənəd imzalandı

İki ölkə arasında 3 sənəd imzalandı

Prezidentlərin geniş tərkibdə görüşündən sonra sənədlərin imzalanma mərasimi olub

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistanın dövlət başçıaı İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olub.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatı"nı dövlət başçıları imzalayıblar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı"nı Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfindən xarici işlər naziri Abdulaziz Kamilov qol çəkiblər.

"Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nı Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfindən Baş nazirin birinci müavini - maliyyə naziri Rustam Azimov imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə