Nobel sülh mükafatı sahibini tapdı

Nobel sülh mükafatı sahibini tapdı

Mükafat Avropa Birliyinə verilib

Avropa Birliyi 2012-ci il Nobel sülh mükafatının laureatı olub. AB Avropada demokratiyanın inkişafı və sülh yaradılmasına verdiyi töhfələrə görə, bu mükafata layiq görülüb. Bu barədə Norveçin keçmiş baş naziri, Avropa Şurasının baş katibi Turbern Yaqland məlumat verib.

"AB II Dünya müharivbəsindən sonra Avropanın birləşməsində böyük töhvələr verib və 1989-cu ildə Berlin divarlarının yıxılmasından sonra stabilliyin bərpasında böyük rol oynayıb".

Avropa Parlamentinin sədri Martin Şults Nobel Komitəsinin qərarından təsirləndiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə